Gənclər Fondunun dəstəyi ilə hazırlanmışdır

Logo

Gənclərə kitab hədiyyə edək

Salam dostlar, "Gənclər kitab oxumur!", "Hazırda mütaliə mədəniyyəti aşağı səviyyədədir!". Azərbaycan cəmiyyətində bu cür bəyanatlar tez-tez səsləndirilir. Hətta bu, həqiqət olmasa da belə. Apardığımız araşdırmalara görə, verilən bu bəyanatların yanlış olduğu üzə çıxıb. Kitab nəşri və satışı ilə məşğul olan şirkətlərdən aldığımız məlumatlara görə, bu gün kitab oxuyanların böyük əksəriyyəti elə gənclərdir. Amma sözsüz ki, bu, nəinki yetərli, heç orta səviyyədə də deyil. Ona görə də ölkədə mütaliə mədəniyyətinin yüksəldilməsinə böyük ehtiyac var. Bəs necə edək ki, Azərbaycan vətəndaşı özünü kitabsız təsəvvür edə bilməsin? Hansı tədbirləri həyata keçirək ki, insanlar üçün kitab oxumaq əvəzolunmaz vərdişə çevrilsin? Bütün bu sualları nəzərə alaraq gənclərin daha da maariflənməsi, bədii qiraətin gənclər arasında daha geniş yayılmasına yardım məqsədi ilə mən də Azərbaycan Resbuplikası Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinə  " Gənclərə kitab hədiyyə edək " layihəsi ilə qoşuldum. Bəzən oxumaq istədiyiniz əsərin , romanın, kitabın və ya digər kitabların yanınızda olmaması, kitabxanada həmin kitabın başqa birində olması və ya kitabxanadan uzaq olmağınızı, soyuq qış günlərində evi tərk etmədən kitab oxumaq istəyinizi nəzərə alaraq , bütün kitabları özündə toplayan internet saytın hazırlanmasını düşündük. Tezliklə gənclərin sevimlisinə çevriləcək bu internet saytın adını Pdfbook.az adlandırdıq. İnternet saytımızda Azəraycan, rus, türk, ingilis, fransız və başqa dillərdə 500- dən çox kitab bir araya gətirilmişdir və yaxınlarda  bu sayın 1000-ə çatdırılacağını planlanlaşdırmışıq. Kitablar saytımızda pdf formatındadır. Mütaliə etmək istədiyiniz dil bölməsindən daxil olaraq,oxumaq istədiyiniz əsərin üzərinə tıklayaraq əsəri öz qurğunuza yükləyə bilərsiniz. Hətta bütün bunları  mobil qurğulardan da etmək mümkün olacaqdır. Gənclərin mütaliəyə marağını artırmaq üçün edəcəklərimiz bununla bitmir. Saytımızda 100 ən məhşur şəxsin sonuncu oxuduğu kitabı pdf formatında da sizlərə təqdim edəcəyik. Beləliklə pərəstiş etdiyiniz, sevdiyiniz məhşur şəxslərin oxuduqları kitabları artıq siz də oxuya biləcəksiniz. Əziz dostlar, saytımızdan istifadə edərək,  zəkanızı, dünyagörüşünüzü artıracağınız bu yolda sizə uğurlar arzu edirik.